Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir S.Əliyev/
Çərşənbə axşamı Gürcüstan Milli Kitabxanasında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvilinin iştirakı ilə üçtərəfli sammit öz işinə başlayıb. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.
Sammiti açan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili qeyd edib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığı son illər ərzində son dərəcə təsirli olub.
Gürcüstan Prezidenti vurğulayıb ki, İlham Əliyev və Abdullah Gül ilə gözəl münasibətləri var: "Məni Türkiyədə çox səmimi qarşıladılar, eləcə də iki dəfə İlham Əliyevlə görüşmək şərəfinə nail olmuşam və biz bir-birimizdən çox razı qalmışıq".
Marqvelaşvili qeyd edib ki, sammit regionda həyata keçirilən iqtisadi xarakterli layihələrin dəstəklənməsini hədəfləyir.