Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə general-leytenant Kərim Vəliyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu barədə Trend-ə rəsmi olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Prezidentin sərəncamı ilə müdafiə nazirinin muavini, general-leytenant Çingiz Məmmədov yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunaraq ehtiyata göndərilib. Ölkə başçısının digər sərəncamı ilə həmin vəzifəyə general-leytenant K.Vəliyev təyin olunub.
Qeyd edək ki, general-leytenant K.Vəliyev bundan əvvəl Bakı Hərbi Birləşməsinin (IV korpus) komandiri vəzifəsində xidmət edirdi. Daha əvvəllər isə Bərdə Hərbi Birləşməsinin (I korpus) komandiri, Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin və Hərbi Strateji Araşdırmalar Mərkəzinin rəisi vəzifələrində xidmət edib.