...

Mitinq zamanı Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası rəhbərinin vəziyyəti pisləşib

Siyasət Materials 15 May 2014 15:39 (UTC +04:00)
282 mədənçinin ölümü ilə bağlı keçirilən mitinq zamanı Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının (DİSK) rəhbəri Kani Bekonun vəziyyəti pisləşib.
Mitinq zamanı Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası rəhbərinin vəziyyəti pisləşib

Azərbaycan, Bakı, 15 may / Trend, müxbir R.Hafizoğlu /

282 mədənçinin ölümü ilə bağlı keçirilən mitinq zamanı Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının (DİSK) rəhbəri Kani Bekonun vəziyyəti pisləşib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Milliyet" qəzeti xəbər verib.

Beko İzmir polisinin nümayişçiləri dağıtmaq üçün istifadə etdiyi gözyaşardıcı qazdan zəhərlənib.

Qeyd edək ki, məlumata görə, bu gün Türkiyənin Həmkarlar İttifaqları Konfederasiyasının 20 mindən artıq üzvü Manisa vilayətində daş kömür mədənində baş vermiş partlayış nəticəsində mədənçilərin həlak olmaları ilə bağlı etiraz aksiyası keçirir.

Mədəndə partlayış mayın 13-də baş verib. Faciə ilə bağlı Türkiyədə üçgünlük matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti