...

Türkiyə müxalifəti Baş Qərargah rəisinin istefasını tələb edir

Siyasət Materials 10 İyun 2014 15:59 (UTC +04:00)
Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Diyarbəkir vilayətində etiraz aksiyaları zamanı hərbi hissələrdən birində etirazçılardan birinin Türkiyə bayrağını endirməsindən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefasını tələb edib.
Türkiyə müxalifəti Baş Qərargah rəisinin istefasını tələb edir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Diyarbəkir vilayətində etiraz aksiyaları zamanı hərbi hissələrdən birində etirazçılardan birinin Türkiyə bayrağını endirməsindən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefasını tələb edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

D.Bağçalı bildirib ki, Türkiyə bayrağı bu millətin şərəfidir, ona uzanan əl geri çevrilməlidir.

Qeyd edək ki, dünən Türkiyənin Diyarbəkir vilayətində etiraz aksiyaları zamanı hərbi hissələrdən birində etirazçılardan biri Türkiyə bayrağını endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti