...

Türkiyədə Baş nazirin mühafizə xidmətinin bir neçə məmuru saxlanılıb

Siyasət Materials 17 İyun 2014 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə Baş nazirin mühafizə xidmətinin bir neçə məmuru saxlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb.

Baş nazir Ərdoğanın mühafizə xidmətinin məmurları hökumət rəhbərinin telefon danışıqlarının dinlənilməsi üzrə işlə bağlı saxlanılıblar.

Xəbər verilir ki, bu iş üzrə daha 12 nəfər saxlanılıb. Lakin onların adları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti