...

Sergey Lavrov: Azərbaycan və Rusiya arasında əməkdaşlıq intensiv inkişaf edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyun 2014 14:18 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də regional səviyyədə intensiv şəkildə inkişaf edir.
Sergey Lavrov: Azərbaycan və Rusiya arasında əməkdaşlıq intensiv inkişaf edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Rusiya arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də regional səviyyədə intensiv şəkildə inkişaf edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşdən sonra bildirib.

S.Lavrov deyib: "Danışıqlar faydalı oldu. Biz münasibətləri dostluq, qarşılıqlı anlaşma əsasında inkişaf etdiririk. Ötən dövr ərzində nümayəndə heyətlərinin ən intensiv mübadiləsi məhz Azərbaycanla baş verib".

Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiyanın 200-dən artıq biznes nümayəndəsinin iştirakı ilə Rusiya-Azərbaycan forumu keçiriləcək, oktyabrda isə iki ölkə prezidentlərinin himayəçiliyi ilə humanitar forum təşkil ediləcək.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Lavrov ATƏT-in Minsk qrupunun əvvəllər iki ölkənin prezidentləri tərəfindən əldə olunan təşəbbüslərin irəlilədilməsi üzrə səylərini qeyd edib: "Biz həmçinin Ukraynadakı vəziyyəti müzakirə etdik. İnsanların həlak olması bu ölkədə atəşin dayandırılmasının lazım olduğuna işarədir. Biz habelə beynəlxalq terrorizmin baş qaldırdığı İraqda, Suriyadakı vəziyyəti də müzakirə etdik".

Onun sözlərinə görə, bu, qonşu regionun bütün dövlətlərinin təhlükəsizliyinə təhdiddir.

Lavrov bildirib ki, tərəflər habelə Xəzər mövzusunu da müzakirə ediblər.

Rusiyalı nazir deyib: "Əməkdaşlığımızı beynəlxalq təşkilatlar çərçivəsində genişləndirmək barədə razılığa gəldik. Mən danışıqların nəticələrindən tamamilə razıyam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti