...

Əmrullah İşlər: Türkiyə müxalifətinin prezident seçkilərində şansı yoxdur

Siyasət Materials 18 İyun 2014 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə müxalifətinin prezident seçkilərində şansı yoxdur. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əmrullah İşlər "TRT Haber" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə müxalifəti öz sıralarından namizəd irəli sürmək iqtidarında deyil və buna görə də onlar İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbərinin namizədliyini irəli sürməyə məcbur olublar: "Türkiyə Prezidenti siyasi keçmişi olan insan olmalıdır".

Qeyd edək ki, iyunun 16-da Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası prezident seçkilərində iştirak üçün İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunun namizədliyini irəli sürüb. Partiyanın lideri Kamal Kılıçdaroğlu bəyan edib ki, E.İhsanoğlu elə bir insandır ki, onun namizədliyi cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənəcək.

E.İhsanoğlu 2004-cü ilin yanvarından 2013-cü ilədək İƏT-in baş katibi olub.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti