...

DİN: Türkiyə müxalifəti prezident seçkilərində məğlubiyyətini etiraf edib

Siyasət Materials 23 İyun 2014 12:04 (UTC +04:00)
Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçirləcək.
DİN: Türkiyə müxalifəti prezident seçkilərində məğlubiyyətini etiraf edib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə müxalifəti prezident seçkilərində İƏT-in sabiq rəhbəri Ekmələddin İhsanoğlunun namizədliyinin irəli sürülməsi ilə öz məğlubiyyətini etiraf edib. Bu sözləri Türkiyə Daxili İşlər Naziri Əfqan Ala bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Haber 7 telekanalı məlumat verib.

Nazir onu da qeyd edib ki, ölkə müxalifəti reallıqların arxasında gizlənir və elə təəssürat yaranır ki, sanki müxalifət mövcud deyil.

Nazirin sözlərinə görə, bu il keçiriləcək prezident seçkiləri əvvəlki illərdən fərqli olacaq, çünki bu dəfə parlament yox, xalq öz prezidentini seçəcək.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçirləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti