Azərbaycan Prezidenti və dövlət rəsmiləri Arif Vəliyevin vəfatı ilə əlaqədar başsağlığı veriblər

Azərbaycan Prezidenti və dövlət rəsmiləri Arif Vəliyevin vəfatı ilə əlaqədar başsağlığı veriblər

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və dövlət rəsmiləri Arif Vəliyevin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Nekroloqda bildirilir: "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif Mikayıl oğlu Vəliyev 2014-cü il iyunun 23-də ömrünün 71-ci ilində vəfat etmişdir.

Arif Vəliyev 1943-cü il iyun ayının 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə daxil olmuş və 1971-ci ildə ali məktəbi xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Statistika İdarəsində başlayan Arif Vəliyev 1963-cü ilədək burada statistik, iqtisadçı olaraq çalışmış, 1963-1966-cı illərdə hərbi xidmət keçdikdən sonra yenidən Statistika İdarəsində fəaliyyətini davam etdirərək, 1966-1976-cı illərdə iqtisadçı, baş iqtisadçı və şöbə müdiri, 1976-1989-cu illərdə Statistika İdarəsi rəisinin müavini və birinci müavini, 1989-1990-cı illərdə isə həmin İdarənin Baş hesablama mərkəzində baş iqtisadçı işləmişdir. O, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə isə Azərbaycan Respublikası Prezidenti Aparatında böyük məsləhətçi olmuşdur. Arif Vəliyev 1993-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə sədrlik etmişdir.

Azərbaycanda statistika işinin təşkilində, statistika orqanları sisteminin strukturunun daha da təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğun qurulmasında Arif Vəliyevin diqqətəlayiq xidmətləri vardır. Dövlət Statistika Komitəsi tərəfindən respublikanın iqtisadi və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar sisteminin fəaliyyətinin təmin edilməsi üçün o, öz bilik və təcrübəsini əsirgəməmişdir. Arif Vəliyev müstəqilliyini yenicə bərpa etmiş respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik məsələlərdən biri kimi statistik məlumatlar hazırlanmasının tədricən beynəlxalq standartlara və bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirirdi. O, ölkə iqtisadiyyatının modernləşdirilməsi və cəmiyyət həyatında baş verən proseslərin rəsmi statistikada adekvat əksinin zəruriliyinin dövlət statistika orqanları qarşısında irəli sürdüyü başlıca vəzifələrin müvəffəqiyyətli həlli üçün böyük əmək sərf etmişdir.

Arif Vəliyevin Komitəyə rəhbərlik etdiyi dövr Azərbaycanın dövlət statistika orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni inkişaf mərhələsidir. Bu illərdə statistikanın islahatı ilə bağlı dövlət proqramları uğurla icra edilmiş, rəsmi statistikanın hüquqi əsasları yaradılmış, bütün beynəlxalq təsnifatları özündə birləşdirən milli təsnifatlar sistemi qurulmuş, statistik vahidlərin dövlət reyestri və makroiqtisadi göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyini təmin edən milli hesablar sistemi formalaşdırılmışdır.

Ölkənin sosial-iqtisadi inkişafı haqqında cəmiyyətin düzgün məlumatlandırılması, milli dövlət proqramları və inkişaf strategiyaları hazırlanarkən dəqiq statistik məlumatlardan istifadə olunması, nüfuzlu beynəlxalq təşkilatların və agentliklərin Azərbaycana dair düzgün informasiyalar çatdırması istiqamətində Arif Vəliyev özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə böyük rol oynamışdır. Bütün əməli fəaliyyətində milli mənafeləri üstün tutaraq daim dövlətçilik mövqeyindən çıxış etməsi ona həmkarlarının dərin hörmət və ehtiramını qazandırmışdır.

Arif Vəliyevin ölkədə statistika işinin təşkili sahəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlar almış, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Arif Mikayıl oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Vahid Axundov
Hacıbala Abutalıbov
Əli Əsədov
Fatma Abdullazadə
Şahin Mustafayev
Samir Şərifov
Fazil Məmmədov
Səlim Müslümov
Elman Rüstəmov
Ziyad Səmədzadə".

Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Loading Bars
Xəbər lenti
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur - Fransa parlamentinin fəxri üzvü
Bütün xəbərlər