...

Türkiyə prezidentliyinə namizəd siyasi partiyalarla görüş keçirəcək

Siyasət Materials 27 İyun 2014 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Türkiyədə prezident seçkilərində namizəd kimi iştirak edəcək İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlu siyasi partiyalarla görüş keçirəcək.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu gün E.İhsanoğlunun müxtəlif ictimai birliklərin üzvləri ilə görüş keçirəcəyi də gözlənilir.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin olunub. Birinci mərhələdə heç bir namizəd 51 faiz səs toplamasa, avqustun 24-də ikinci mərhələ keçiriləcək.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, fəaliyyət müddəti 7 ildən 5 ilə endirilən prezidenti bundan əvvəlki seçkilərdən fərqli olaraq, parlament deyil, xalq seçəcək.

Baş nazirin müavini Bülənt Arınç bundan əvvəl bildirmişdi ki, xalqın böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticəsi Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə seçilmə ehtimalının böyük oldugunu deməyə əsas verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti