...

Britaniyalı deputatlar Krım hadisələri fonunda Azərbaycanın əhəmiyyətinin daha da artdığını düşünürlər

Siyasət Materials 1 İyul 2014 17:52 (UTC +04:00)
Rusiyanın Ukraynanın ayrılmaz hissəsi olan Krım yarımadasını ilhaq etməsindən sonra Böyük Britaniyanın “ComRes” sorğu təşkilatının ölkə parlamentinin İcmalar Palatasında keçirdiyi sorğunun nəticələrinə görə, əksər millət vəkilləri Krım hadisələri fonunda Azərbaycanın Qərb üçün əhəmiyyətinin daha da artdığı qənaətindədirlər.
Britaniyalı deputatlar Krım hadisələri fonunda Azərbaycanın əhəmiyyətinin daha da artdığını düşünürlər

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Rusiyanın Ukraynanın ayrılmaz hissəsi olan Krım yarımadasını ilhaq etməsindən sonra Böyük Britaniyanın "ComRes" sorğu təşkilatının ölkə parlamentinin İcmalar Palatasında keçirdiyi sorğunun nəticələrinə görə, əksər millət vəkilləri Krım hadisələri fonunda Azərbaycanın Qərb üçün əhəmiyyətinin daha da artdığı qənaətindədirlər.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, altmış iki millət vəkilinin 41 faizi baş verən hadisələrin Azərbaycanı Böyük Britaniya üçün daha mühüm tərəfdaş etdiyi fikri ilə razılaşdıqlarını bildirib. Respondentlərin yalnız 3 faizi buna əks fikr söyləyiblər.

Eyni sorğuda iştirak edən 78 parlament üzvü (52 faiz) hesab edir ki, Rusiyanın regiondakı addımları Azərbaycanı Avropa İttifaqı üçün daha vacib müttəfiq edir. Respondentlərin yalnız 2 faizi bunun əksini düşünür.

Soğru 2014-cü ilin iyun ayında Britaniya Soğru Şurasının (British Polling Council) üzvü olan "ComRes" təşkilatı tərəfindən 150 millət vəkili arasında keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti