Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin müxalif Doğru Yol Partiyası prezident seçkilərində Ekmələddin İhsanoğluya səs verməyəcək.
Trend-in çərşənbə günü "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb E.İhsanoğlunun namizədliyini dəstəkləyən digər müxalif partiyalarla siyasi fikirayrılığıdır.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə heç bir namizəd 51 faiz səs toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.
2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən başlayaraq Türkiyədə Prezidenti 7 illiyə deyil, 5 illiyə parlament yox, xalq seçəcək.