...

Ekmələddin İhsanoğlu: Türkiyədə demokratiya uğrunda mübarizə indi başlayır

Siyasət Materials 2 İyul 2014 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend müxbir Rufiz Hafizoğlu/

Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Ekmələddin İhsanoğlu ölkədə demokratiya uğrunda mübarizənin hələ indi başladığını deyib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, E.İhsanoğlu yeni prezidentin cəmiyyətin bütün təbəqələrini təmsil etməli olduğunu qeyd edib.

O, həmçinin prezident seçkilərinin demokratik şəraitdə keçəcəyinə əmin olduğunu deyib.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd səslərin 51 faizini toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.

2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən prezidenti 7 deyil, 5 illiyinə parlament yox, xalq seçəcək.

Ötən gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini irəli sürüb. İyunun 16-da isə Cümhuriyyət Xalq Partiyası (CHP) İƏT-in sabiq rəhbəri E.İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürmüşdü. Partiyanın lideri Kamal Kılıçdaroğlu E.İhsanoğlunun namizədliyinin cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənəcəyinə əmin olduğunu demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti