...

Azərbaycanın müdafiə naziri Qazaxıstana gedib

Siyasət Materials 3 İyul 2014 15:50 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Qazaxıstana səfər edib.
Azərbaycanın müdafiə naziri Qazaxıstana gedib

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri Zakir Həsənov Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə yola düşüb. O, Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının iyulun 4-də keçiriləcək növbəti iclasında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti