...

İhsanoğlu Ankaranı ərəb-İsrail münaqişəsi məsələsində bitərəf olmağa çağırıb

Siyasət Materials 4 İyul 2014 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmələddin İhsanoğlu Ankaranı ərəb-İsrail münaqişəsi məsələsində bitərəf olmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə E.İhsanoğlu "CNN Türk" telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Ankara ərəb-İsrail münaqişəsi, xüsusilə də Fələstin məsələsində neytral tərəf olmalıdır: "Fələstindəki münaqişəyə baxmayaraq, elə ərəb ölkələri var ki, onlar İsraillə yaxşı münasibətlərə malikdir".

Namizədin sözlərinə görə, Türkiyə Fələstin böhranının nizamlanması məsələsində vasitəçiliyi davam etdirməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti