Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyəyə siyasi keçmişi olmayan prezident lazımdır. Bunu prezidentliyə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmelddin İhsanoğlu bəyan edib. Trend-in məlumatına görə, xəbəri bazar ertəsi "TRT Haber" telekanalı yayıb.
İhsanoğlunun sözlərinə görə, Türkiyə parlament ölkəsidir və ona görə də bütün parlament sistemi ilə idarə olunan ölkələrdə olduğu kimi gələcək prezidentin siyasi keçmişinin olmaması daha yaxşıdır.
Bir müddət əvəl Baş nazirin müavini Əmrullah İşlər bildirmişdi ki, Türkiyə prezidenti İslam Əməkdaşlıq Təskilatının heç bir siyasi keçmişi olmayan sabiq sədri kimi deyil, siyasi keçmişi olan insan olmalıdır".
Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.