...

Əhməd Davudoğlu İƏT-in keçmiş baş katibinin ərəb-İsrail münaqişəsi haqqında bəyanatını tənqid edib

Siyasət Materials 9 İyul 2014 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi, prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun ərəb-İsrail münaqişəsi ilə bağlı bəyanatını tənqid edib.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, Ə.Davudoğlu deyib: "E.İhsanoğlu əvvəllər rəhbərlik etdiyi təşkilatın məqsədinin Fələstin məsələsinin həlli olduğunu unudub".

Nazir qeyd edib ki, Türkiyəni ərəb-İsrail məsələsində bitərəfliyə səsləyənlər bilmədən Fələstin torpaqlarının işğalını dəstəkləyirlər.

Qeyd edək ki, bundan öncə E.İhsanoğlu Ankaranı ərəb-İsrail məsələsində bitərəf olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti