...

İhsanoğlu : Türkiyə müxalifətinin seçkiqabağı kampaniya aparmağa maddi imkanı yoxdur

Siyasət Materials 10 İyul 2014 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlqı Təşkilatının (İƏT) sabiq rəhbəri Ekmələddin İhsanoğlu ölkə müxalifətinin seçkiqabağı kampaniya aparmağa maddi imkanı olmadığını bildirib. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib.

Məlumata əsasən, İhsanoğlu onu da bildirib ki, rəqibləri (Baş nazir Rəcəb tayyib Ərdoğan) əldə olan bütün imkanlardan istifadə edərək seçkiqabağı kampaniyaya başlayıb.

Məlumat üçün qeyd edək ki, İhsanoğlu dünən özünə seçkiqabağı şüar olaraq "Ekmek için Ekmələddin" şüarını seçib.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti