...

Türkiyədə Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb

Siyasət Materials 22 İyul 2014 16:13 (UTC +04:00)
Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən xüsusi əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb.
Türkiyədə Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai xadim Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən xüsusi əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Bu barədə çərşənbə axşamı Trend "TRT Haber" telekanalına istinadən xəbər yayıb.

Hazırda İstanbulda 200 ünvanda əməliyyat aparılır.

Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

İyulun 22-də Türkiyənin güc strukturlarında Fətullah Gülən hərəkatının tərəfdarlarının kadr təmizlənməsi aparılır. Kadr təmizlənmələri ölkənin 25 dairəsindəki güc strukturlarında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti