...

Türkiyə-Suriya sərhədində silahlı toqquşmalar başlayıb

Siyasət Materials 23 İyul 2014 15:28 (UTC +04:00)
Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə sərhəd ərazisində Türkiyə ordusu və PKK terror təşkilatının Suriya qanadı (PYD) arasında silahlı toqquşmalar başlayıb.
Türkiyə-Suriya sərhədində silahlı toqquşmalar başlayıb

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə sərhəd ərazisində Türkiyə ordusu və PKK terror təşkilatının Suriya qanadı (PYD) arasında silahlı toqquşmalar başlayıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, hazırda Türkiyə Silahlı Qüvvələri vilayətdə mövqelərini möhkəmləndirirlər.

Həmçinin xəbər verilir ki, son həftələr ərzində PYD dəfələrlə Türkiyənin mövqelərini atəşə tutub.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, PKK terror təşkilatının Suriya qanadının aktivləşməsi ölkə üçün təhlükədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti