Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə prezidentliyinə namizəd, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmələddin İhsanoğlu ölkə vətəndaşlarını prezident seçkilərinin gedişində ayıq-sayıq olmağa çağırıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Onun sözlərinə görə, prezident seçkilərinin gedişində seçicilərin hüquqlarının pozulması ehtimalı mövcuddur: "Bütün vətəndaşları daha ayıq-sayıq olmağa və səsvermənin gedişini diqqətlə izləməyə çağırıram".
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.