...

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının üzvləri Kamal Kılıçdaroğlunu istefaya çağırırlar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Avqust 2014 16:19 (UTC +04:00)
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu istefa getməyə çağırırlar.
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının üzvləri Kamal Kılıçdaroğlunu istefaya çağırırlar (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu istefa getməyə çağırırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Hürriyyət" qəzeti xəbər yayıb.

O da bildirilir ki, belə bir tələb ilə millət vəkili Əminə Ülkər Tarxan başda olmaqla CHP-nin parlamentdəki 100-dən artıq deputatı çıxış edib.

Cümhuriyyət Xalq Partiyasının üzvləri öz tələblərini onunla izah edirlər ki, Kılıçdaroğlunun yürütdüyü siyasət müxalifətin vahid namizədinin prezident seçkilərində tam məğlubiyyətinə gətirib çıxardı.

Cümhuriyyət Xalq Partiyası prezident seçkilərində prezident postuna İslam Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri Ekmələddin İhsanoğlunun namzidliyini irəli sürmüşdü.

Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə fəaliyyətdə olan Baş nazir Rəcəb Tayyib Ərdoğan 51,8 faiz səs toplayaraq qalib gəlib.

İkinci yerdə 38,56 faiz səslə Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə səslərin 9,79 faizini toplayan Səlahəddin Demirtaş gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti