...

CHP-nin üzvləri Kılıçdaroğlunun istefasını təkid edirlər

Siyasət Materials 14 Avqust 2014 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri bir daha partiyanın lideri Kamal Kılıçdaroğlunun istefaya getməsini tələb ediblər. Bu barədə Trend cümə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.

Hazırda partiya üzvləri K. Kılıçdaroğlunun istefasına və partiyanın erkən qurultayının keçirilməsinə dəstək üçün imza toplayırlar.

Partiya lideri perzident seçkilərində müxalifətdən yeganə namizədin məğlubuna səbəb olan siyasət yeritrməkdə ittiham olunur.

Qeyd edək ki, daha əvvəl CHP-nin üzvləri K. Kılıçdaroğlunu istefa getməyə çağırmışdılar.

Belə bir tələb ilə millət vəkili Əminə Ülkər Tarxan başda olmaqla CHP-nin parlamentdəki 100-dən artıq deputatı çıxış etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti