...

Elmar Məmmədyarov: Bir çox vacib məsələlərdə Azərbaycan və Moldovanın mövqeləri üst-üstə düşür

Siyasət Materials 8 Sentyabr 2014 14:40 (UTC +04:00)
Ölkələr üçün vacib olan bir çox məsələlərdə Azərbaycan və Moldovanın mövqeləri üst-üstə düşür.
Elmar Məmmədyarov: Bir çox vacib məsələlərdə Azərbaycan və Moldovanın mövqeləri üst-üstə düşür

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Ölkələr üçün vacib olan bir çox məsələlərdə Azərbaycan və Moldovanın mövqeləri üst-üstə düşür. Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda moldovalı həmkarı ilə danışıqların yekunlarına həsr edilən brifinqdə bildirib.

Məmmədyarov deyib: "Biz iki ölkənin əməkdaşlığı üzrə intensiv fikir mübadiləsi apardıq. Mövqelərimiz bir çox məsələlərdə üst-üstə düşür. Hər iki tərəf ölkələrimiz üçün mühüm olan Dağlıq Qarabağ və Dnestryanı münaqişələri kimi məsələlərdə eyni mövqedən çıxış edir".

Moldova Baş nazirinin müavini və xarici işlər naziri Natalya German Bakıda keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşündə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti