Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə və ABŞ Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Con Kerri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər İraq və Suriyadakı mürəkkəb vəziyyəti də müzakirə edəcəklər.
Qeyd edək ki, bu gün C.Kerri Ankaraya gəlib. "Anadolu" agentliyinin məlumatına görə, dövlət katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə görüşlər keçirəcək.