...

Türkiyənin hərbi tədris müəssisələrinin nümayəndələri Azərbaycana gəliblər(FOTO)

Siyasət Materials 18 Sentyabr 2014 18:25 (UTC +04:00)
Türkiyənin hərbi tədris müəssisələrinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Türkiyənin hərbi tədris müəssisələrinin nümayəndələri Azərbaycana gəliblər(FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Türkiyənin hərbi tədris müəssisələrinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycanla Türkiyə arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq planına uyğun olaraq, Türkiyənin hərbi tədris müəssisələrinin zabit, gizir və kursantlarından ibarət nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.

Səfər çərçivəsində qonaqlar bu gün Cəmşid Naxçıvanski adına Hərbi liseydə olublar. Türkiyə nümayəndə heyəti Hərbi liseyin komandanlığı ilə görüşüb və onlara məktəb haqqında brifinq təqdim olunub. Qonaqlar məktəbin ərazisi, tədris korpusları, maddi-texniki bazası və liseyin muzeyini gəzib, o cümlədən tədris prosesi ilə tanış olublar. Sonda qonaqlara lisey adından xatirə hədiyyəsi təqdim edilib.

Səfər sentyabrın 20-də sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti