...

Amerika Yəhudi Komitəsinin Los Anceles bölməsinin sədri: "Azərbaycan bizim narahat dünyamızda bir işıqdır"

Siyasət Materials 24 Sentyabr 2014 12:39 (UTC +04:00)
Sentyabrın 22-də İngiltərənin Mançester şəhərində keçirilmiş Leyborist Partiyasının konfransı ilə yanaşı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəklədiyi 17-ci illik “Diversity Nite” gecəsində “Kölgə Kabinetinin” 13 üzvü də daxil olmaqla bu partiyanın 500 tərəfdarı iştirak edib.
Amerika Yəhudi Komitəsinin Los Anceles bölməsinin sədri: "Azərbaycan bizim narahat dünyamızda bir işıqdır"

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend/

Sentyabrın 22-də İngiltərənin Mançester şəhərində keçirilmiş Leyborist Partiyasının konfransı ilə yanaşı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəklədiyi 17-ci illik "Diversity Nite" gecəsində "Kölgə Kabinetinin" 13 üzvü də daxil olmaqla, bu partiyanın 500 tərəfdarı iştirak edib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu rəngarəng hadisə uzun müddət parlamentdə Leyborist Partyasını təmsil edən, Asiya mənşəli Keys Vazın ideyası olmaqla, çağdaş Britaniya cəmiyyətində müxtəlif mədəniyyətlərin bərqərar olunmasının göstəricisidir.

Keys Vaz sonuncu Leyborist hökumətində Avropa işləri üzrə nazir olub, hazırda isə Britaniya Parlamentində fəaliyyət göstərən Daxili İşlər Komitəsinin sədri vəsifəsində çalışır.

Azərbaycan Respublikasının Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə gecəni belə şərh edib: "Azərbaycan öz regionunda müxtəlifliklər ölkəsidir. Bundan əlavə, o, tolerant və multietnik bir ölkə kimi tanınır. Bu gün müxtəlifliyin qeyd edilməsi çox mühümdür - müxtəliflik varsa, birlik də var".

Çexiya parlamentinin spikeri Yan Qamaçek qeyd edib: "Mən Londondan, Böyük Britaniya Parlamentindəki həmkarım Con Berkovla görüşdən gəlirəm. Söhbətimizin böyük hissəsi parlamentlərimiz arasındakı müxtəlifliyə həsr edilmişdi. Müxtəlifliyin düzgün qiymətləndirilməsi bizə birlik və əməkdaşlıq gətirər".

Parlament üzvü Çuka Umunna bildirib: "Leyborist partiyası öz konfransını "Diversity Nite"-siz keçirsəydi o, lazımi nəticəni əldə edə bilməyəcəkdi. Bu gün Leyborist Partiyası Britaniyanı təmsil etmək əzmindədir və hər vəchlə etnik azlıqların parlament üzvlüyünə seçilməsini dəstəkləyir. Biz də bu axşam bunu qeyd edirik".

Leyborist Partiyasının sədr muavini Harriet Harman deyib: "Cəmiyyətimizdə nə dərəcədə aktiv, çevik və müxtəlif icmaların mövcudluğunu dərk etmək üçün bu otağın və Mançester şəhərinin ətrafına baxmaq kifayətdir. Məhz buna görə də, Britaniya böyükdür. Biz demokratiyanın təmsilçisiyik və sonrakı hökumət bu ölkədəki icmaların etnik təbiyyətini özündə əks etdirməlidir".

Tədbirin təbiəti Azərbaycandakı tolerantlığı əks etdirirdi. Multikulturalizm, bir çox millətlər və dini etiqadların mükəmməl harmoniyada olduğu müasir Azərbaycan cəmiyyətinin anadangəlmə xassələrindəndir.

Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles bölməsinin sədri rabbi Mark Diamondun Yəhudi jurnalına müsahibəsində bildirib: "Biz, Azərbaycan və yəhudi xalqlarını birləşdirən bağları alqışlayırıq. Bizim sosial media Almaniya, Fransa və Belçikadakı antisemit zorakılığı, eləcə də, Qəzza, Suriya və İraqdakı islam terrorizmi haqqında xəbəbrlərlə doludur. Azərbaycan bizim narahat dünyamızda bir işıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti