...

Vladimir Jirinovski: Azərbaycan Rusiyanın ən vacib müttəfiqidir

Siyasət Materials 27 Sentyabr 2014 13:09 (UTC +04:00)
Azərbaycan Rusiyanın ən vacib müttəfiqidir. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deyib.
Vladimir Jirinovski: Azərbaycan Rusiyanın ən vacib müttəfiqidir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Rusiyanın ən vacib müttəfiqidir. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın ən vacib dostu və müttəfiqidir.

Azərbaycanda səfərdə olan V.Jirinovski bu gün Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra RLDP sədri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini yad edib və "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Qeyd edək ki, Dövlət Dumasının deputatı ötən gün 23 saylı orta məktəbdə olub, Bakı Slavyan Universitetinin tələbələri qarşısında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti