...

Rusiyada vətəndaşların silahdan istifadə hüququ genişləndirilə bilər

Siyasət Materials 6 Oktyabr 2014 11:59 (UTC +04:00)
Rusiyada vətəndaşların özünümüdafiə zamanı silahdan istifadə hüququnun genişləndirilməsi təklif olunur.
Rusiyada vətəndaşların silahdan istifadə hüququ genişləndirilə bilər

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Rusiyada vətəndaşların özünümüdafiə zamanı silahdan istifadə hüququnun genişləndirilməsi təklif olunur.

Trend-in bazar ertəsi Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, müvafiq qanun layihəsini Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) deputatı İqor Lebedev hazırlayıb.

İ.Lebedevin Dövlət Dumasına təqdim edəcəyi qanun layihəsi ölkə qanunvericiliyində "Mənim evim - mənim qəsrim" konsepsiyasının tətbiqini nəzərdə tutur.

Konsepsiyaya əsasən, vətəndaşın evini, ailəsini və özünü silahla qorumasına görə cəza verilməməlidir.

Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinə əsasən, özünümüdafiə məqsədilə hücum edən şəxsin cəzalandırılmaması nəzərdə tutulmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti