Azərbaycan Prezidenti İlham Əliyev Minskə səfərə gəlib (FOTO)

Siyasət Materials 9 Oktyabr 2014 23:08 (UTC +04:00)
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev Minskə səfərə gəlib (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gəlib.

MDB-nin iştirakçısı olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti