Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarının Hakkari vilayətində dağlarda yerləşən bazalarına zərbələr endirib. Trend xəbəbr verir ki, bu barədə çərşənbə axşamı "Hürriyyət" qəzeti məlumat yayıb.
Hava zərbəsi endirmək barədə qərar PKK yaraqlılarının Suriyadakı son hadisələrdən istifadə edərək [Türkiyənin Suriyanın Kobani şəhərindəki hadisələrə müdaxilə etməməsi] İraqdan Türkiyəyə qayıdacaqları ilə bağlı hədələrindən sonra qəbul edilib.
Müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK ilə Türkiyə arasında münaqişə 25 ildən artıqdır davam edir və 40 mindən artıq insanın həyatına son qoyub.