...

Prezident İlham Əliyev "Azərbaycanda geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası"nı təsdiq edib

Siyasət Materials 20 Oktyabr 2014 20:44 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezident İlham Əliyev "Azərbaycanda geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası"nı təsdiq edib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Dövlət başçısı ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədi ilə qərara alıb ki, "Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası" təsdiq edilsin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Təbiət Tarixi Muzeyi yaradılsın.

Nazirlər Kabinetinə bu fərmanla təsdiq edilmiş Konsepsiyanı nəzərə almaqla, AMEA nəzdində Təbiət Tarixi Muzeyinin nizamnaməsini və strukturunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etmək; Konsepsiyaya uyğun olaraq Təbiət Tarixi Muzeyinin fəaliyyətə başlaması üçün Azərbaycan Prezidentinə məlumat verməklə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə zəruri tədbirlər görmək; 2015-ci il və sonrakı illər üzrə Təbiət Tarixi Muzeyinin Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə AMEA nəzdində Təbiət Tarixi Muzeyi üçün zəruri yer ayrılmasını dörd ay müddətində təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bu fərmanda göstərilən müddətdə Təbiət Tarixi Muzeyinin zəruri eksponatlarla təchiz edilməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti