...

Türkiyədə Gülən hərəkatına qarşı xüsusi əməliyyatlar bərpa edilib

Siyasət Materials 21 Oktyabr 2014 12:35 (UTC +04:00)
Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülənin hərəkatına qarşı xüsusi əməliyyatları bərpa edib.
Türkiyədə Gülən hərəkatına qarşı xüsusi əməliyyatlar bərpa edilib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ictimai din xadimi Fətullah Gülənin hərəkatına qarşı xüsusi əməliyyatları bərpa edib. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "TRT Haber" məlumat yayıb.

Ankarada keçirilən xüsusi əməliyyatlar zamanı Türkiyə kəşfiyyatının 18 əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Türkiyədə iyulun 22-də "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb. Onların arasında Türkiyə kəşfiyyatının İstanbul şöbəsinin sabiq rəhbəri Əli Fuad Yılmazer də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti