...

Baş nazirin müavini: Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqları nəzərə alınmalıdır

Siyasət Materials 4 Noyabr 2014 14:16 (UTC +04:00)
Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqları nəzərə alınmalıdır.
Baş nazirin müavini: Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqları nəzərə alınmalıdır

Türkiyə, Ankara, 4 noyabr /Trend, xüsusi müxbir Rufiz Hafizoğlu/

Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqları nəzərə alınmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Yalçın Ağdoğan KİV işçilərinin beynəlxalq konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, Azərbaycanın maraqları Türkiyə üçün xüsusi önəm kəsb edir, Dağlıq Qarabağ münaqişəsi isə Türkiyənin də problemidir.

Qondarma "erməni soyqırmı" məsələsini şərh edən Y.Ağdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan Ermənistanın ortaya atdığı "soyqırım"ın 100 illiyi məsələsində birgə fəaliyyət göstərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti