...

ABŞ-ın səfirliyi Bakıda İran ilə diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılmasını təkzib edib

Siyasət Materials 11 Noyabr 2014 01:40 (UTC +04:00)
Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmən təkzib edib.
ABŞ-ın səfirliyi Bakıda İran ilə diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılmasını təkzib edib

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmən təkzib edib.

Səfirlikdən Trend-ə "The Times" qəzetində Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib ki:

"Bu məlumat tamamilə yalandır. ABŞ rəsmilərinin iştirakı ilə heç bir danışıqlar olmayıb".

Məlumatda həmçinin bildirilir ki, ABŞ hazırda ticarət nümayəndəliyin açılmasını nəzərdə tutmayıb.

"Bizim heç bir danışıqlarımız olmayıb, ticari danışıqlara və digər bir danışıqlara heç kimi cəlb etməyə heç bir planımız yoxdur", səfirliyin məlumatında deyilir.

Qeyd edək ki, "The Times" xəbər verir ki, tərəflər nüvə anlaşmasına yaxındır və bu səbəbdən ABŞ və İran rəsmiləri nüvə anlaşmasının əldə olunmasının ardınca ikitərəfli diplomatik münasibətlərin bərpası məsələsini müzakirə edilir.

Bundan öncə Tehranın Beynəlxalq Ticarət Palatasının rəhbəri Məhəmmədrza Səbzəlipur Trend-ə açıqlamasında "The Times" qəzetində yazılmış məlumatı təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti