...

İranın ticarət və sənaye naziri Bakıya gələcək

Siyasət Materials 18 Noyabr 2014 16:44 (UTC +04:00)
İranın mədənlər, ticarət və sənaye naziri Məhəmmədrza Nemətzadə gələn həftə Bakıya səfər edəcək.
İranın ticarət və sənaye naziri Bakıya gələcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın mədənlər, ticarət və sənaye naziri Məhəmmədrza Nemətzadə gələn həftə Bakıya səfər edəcək. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir qeyd edib ki, M.Nemətzadə noyabrın 26-da Bakıya səfər edəcək.

İki günlük səfər zamanı nazir Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə və digər rəsmilərlə görüşəcək.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və bir sıra digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti