...

Azərbaycanda bələdiyyəyə namizədlərin 25 faizi qadındır

Siyasət Materials 25 Noyabr 2014 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

"İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyəyə namizədliyi irəli sürülən 39 917 nəfərə imza vərəqələri verilib. 37 564 nəfər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə - 22 noyabr saat 18:00-a qədlər imza vərəqələrini qaytarıblar". Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M.Pənahov deyib ki, indiyədək 59 nəfər namizədlikdən imtina edib, 36 770 nəfərin namizədliyi qeydə alınıb: "Namizədlərin 25 faizi qadın, 75 faizi kişidir. Seçkilərdə 8 siyasi partiya namizədlərini irəli sürüb. Fərdi qayda namizədliklərini irəli sürən partiya üzvlərinin sayı nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərində namizəddirlər.

MSK sədri qeyd edib ki, namizədlərin 60 faizi ali təhsilli, 0,3 faizi natamam ali təhsilli, 10,5 faizi orta ixtisas, qalanları orta təhsillidir.

O, ötən seçkilərdə seçilən bələdiyyə üzvlərinin 26 faizinin qadın olduğunu xatırladıb və qadınlara bələdiyyə seçkilərində uğurlu nəticə arzu edib.

M.Pənahov bələdiyyə seçkilərində veb-kamera qoyulan seçki məntəqələri ilə bütün Azərbaycan coğrafiyasını əhatə etməyə çalışacaqlarını da deyib.

Qeyd edək ki, namizədlərin qeydə alınması prosesi noyabrın 29-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti