...

Saat 10:00-a olan məlumat: Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı 10,4 faiz təşkil edib

Siyasət Materials 23 Dekabr 2014 10:50 (UTC +04:00)
Saat 10:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 10,4 faiz təşkil edib.
Saat 10:00-a olan məlumat: Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı 10,4 faiz təşkil edib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Saat 10:00-a olan məlumata görə, bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 10,4 faiz təşkil edib. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, səs vermiş seçicilərin sayı 501 254 nəfər təşkil edib. Ümumilikdə isə seçicilərin sayı 4 819 382 nəfərdir.

R.Gülməmmədov bildirib ki, indiyə qədər MSK-nın "Qaynar xətti"nə 25 müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub. İndiyə qədər hər hansı şikayət daxil olmayıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti