...

Məzahir Pənahov: Azərbaycanda seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 23 Dekabr 2014 13:28 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir.
Məzahir Pənahov: Azərbaycanda seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31-ci seçki məntəqəsində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov bildirib ki, saat 10:00-a olan məlumata görə, ötən bələdiyyə seçkisində seçici fəallığı 8 faiz idisə, indi müvafiq saatda bu göstərici 10 faiz təşkil edib.

Saat 13:00-a olan məlumata görə isə, seçici fəallığı artıq 23-24 faiz olub.

MSK sədrinin sözlərinə görə, seçkilər normal gedir: "Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. Həm də veb-kameralar vasitəsilə səsvermənin gedişini müşahidə edirik. Hələlik seçkilərin nəticələrinə təsir edən qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb".

M.Pənahov internetdə seçki məntəqlərindən birində bülletenlərin topa halında qutuya salınması ilə bağlı yayilan video ilə əlaqədar araşdırma aparılacağını da bildirib.

Onun sözlərinə görə, MSK-ya hələlik yalnız seçkilərlə bağlı sorğu xarakterli müraciətlər daxil olub.

M.Pənahov deyib ki, ünvanlara daşınan qutuların aparılmasını KİV nümayəndələrinin müşayiət etməsi üçün sərbəst şərait yaradılıb. Axşam bülletenlər sayılanda, ilk növbədə daşınan qutular açılacaq.

MSK sədri, həmçinin vurğulayıb ki, seçki günü öncəsi namizədliyini geri götürənlər də olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti