...

Bələdiyyə seçkilərində şimal bölgəsi aktivdir

Siyasət Materials 23 Dekabr 2014 15:51 (UTC +04:00)
İndiyə qədər ən çox seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar, 52 saylı Quba seçki dairələrində qeydə alınıb.
Bələdiyyə seçkilərində şimal bölgəsi aktivdir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

İndiyə qədər ən çox seçici fəallığı 53 saylı Quba-Qusar, 51 saylı Qusar, 52 saylı Quba seçki dairələrində qeydə alınıb. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, ən az seçici fəallığı isə Gəncə üzrə dörd dairədə və Nəsimi üzrə 1 saylı dairədə qeydə alınıb.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.

Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.

Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.

Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti