...

Türkiyə Prezidenti erməni həmkarını 24 apreldə bayrama dəvət edib

Siyasət Materials 16 Yanvar 2015 11:29 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvət edib.
Türkiyə Prezidenti erməni həmkarını 24 apreldə bayrama dəvət edib

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Prezidenti Serj Sarkisyanı aprelin 24-də Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvət edib. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verib.

Məlumata əsasən, Ərdoğan Sarkisyanla yanaşı, 102 dövlət rəsmisini 24 apreldə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi üçün təşkil olunacaq şənliklərə dəvət edib.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Onun sözlərinə əsasən, həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları dəvət ediləcək.

Qeyd edək ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti