...

Hərbi sahədə Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub (FOTO)

Siyasət Materials 10 Fevral 2015 17:53 (UTC +04:00)
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Hərbi sahədə Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsindən məmnunluq ifadə olunub (FOTO)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif istiqamətlərdə münasibətlərin uğurla inkişaf etdiyindən, o cümlədən hərbi sahədə də əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olunub.

Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Sonra ölkələrimiz arasında ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristova da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti