...

Mirmahmud Mirəlioğlu iqtidar-müxalifət görüşünü tənqid edənlərə cavab verdi

Siyasət Materials 11 Fevral 2015 11:49 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu fevralın 12-də baş tutacaq növbəti iqtidar-müxalifət görüşünün tərəflər arasında münasibətlərin inkişafına müsbət təsir edəcəyini hesab edir.
Mirmahmud Mirəlioğlu iqtidar-müxalifət görüşünü tənqid edənlərə cavab verdi

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu fevralın 12-də baş tutacaq növbəti iqtidar-müxalifət görüşünün tərəflər arasında münasibətlərin inkişafına müsbət təsir edəcəyini hesab edir.

M.Mirəlioğlu Trend-ə açıqlamasında rəhbərlik etdiyi partiyanın görüşdə iştirak edəcəyini diqqətə çatdırıb: "Əlbəttə, iştirak edəcəyik. Biz ötən ilin noyabr ayında Prezident Administrasiyasına müraciət etdik və dekabrda iqtidar-müxalifət görüşü baş tutdu. Orda da razılaşmışdıq ki, 2 ay müddətində bir də görüşəcəyik və bu da növbəti görüşdür. Mən bu dialoqu normal qiymətləndirirəm. Biz keçən dəfə görüşdə iştirak etməyənlərin də əlavə olunmasını istəmişdik və bu istiqamətdə də addımlar atılıb. Hər halda görüşün nəticələrini müzakirə edəcəyik və mətbuata məlumat veriləcək".

Bəzi müxalifət partiyaların indidən dialoqu tənqid etməsinə münasibət bildirən M.Mirəlioğlu qeyd edib ki, bu da mövqedir: "Onlar da bir işlə məşğul olmalıdırlar, ya yox? Onlar artıq ixtisaslaşıblar və tənqid üzrə mütəxəssis olublar. Qabaqlar ədəbi tənqid var idi. İndidə siyasi tənqid mövcud olub. Bu adamlar bütün işləri tənqid edirlər. Yağış yağır tənqid edirlər, gün çıxır tənqid edirlər, insanlar doğulur, ölür tənqid edirlər. Bu da bu adamların xislətidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti