...

Zakir Həsənov Sloveniyada rəsmi səfərdədir

Siyasət Materials 12 Mart 2015 13:54 (UTC +04:00)
Azərbaycan Respublikası müdafiə nazirinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.
Zakir Həsənov Sloveniyada rəsmi səfərdədir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikası müdafiə nazirinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində Sloveniya Respublikasının Prezidenti, parlamentin sədri, müdafiə naziri və bir sıra digər görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər martın 14-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti