...

XİN ABŞ Dövlət Departamentinin İntiqam Əliyevlə bağlı bəyanatına cavab verdi

Siyasət Materials 24 Aprel 2015 10:22 (UTC +04:00)
İntiqam Əliyev vergidən yayınma və digər qanunazidd əməllərinə görə ittiham olunub və qanunun aliliyinin ifadəsi kimi, məhkəmənin qərarı ilə bu cinayət təsbit olunub.
XİN ABŞ Dövlət Departamentinin İntiqam Əliyevlə bağlı bəyanatına cavab verdi

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Səba Ağayeva/

"İntiqam Əliyev vergidən yayınma və digər qanunazidd əməllərinə görə ittiham olunub və qanunun aliliyinin ifadəsi kimi, məhkəmənin qərarı ilə bu cinayət təsbit olunub. Bunun insan hüquqları fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur". Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin İntiqam Əliyevin həbsi ilə bağlı bəyanatını şərh edərkən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev deyib ki, peşəkar fəaliyyətinə və siyasi mənsubiyyətinə görə Azərbaycanda heç kim təqib olunmur: "Görünür ki, digər ölkələrdən fərqli olaraq, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda qəbul olunan hər bir məhkəmə qərarı böyük diqqətlə izlənilir. Bu minvalla davam etdiyi təqdirdə, ABŞ Dövlət Departamentinin Azərbaycanda açılan hər bir cinayət işinə münasibət bildirməsini gözləmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti