...

Azərbaycan və Belçika ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcək

Siyasət Materials 24 Aprel 2015 12:25 (UTC +04:00)
Belçika XİN başçısı Didye Reyndersin Azərbaycana gözlənilən rəsmi səfəri çərçivəsində ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə bağlı müzakirələr aparılacaq.
Azərbaycan və Belçika ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcək

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Belçikanın xarici işlər naziri Didye Reyndersin Azərbaycana gözlənilən rəsmi səfəri çərçivəsində ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə bağlı müzakirələr aparılacaq.

Trend-ə bu barədə Belçikanın Azərbaycandakı səfirliyindən bildiriblər. D.Reyndersin Bakıya səfəri aprelin 27-dən 29-dək planlaşdırılıb. Üç gün davam edəcək səfər çərçivəsində Belçika XİN başçısının Azərbaycan rəsmiləri ilə yüksək səviyyəli görüşləri planlaşdırılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan və Belçika arasında ticarət dövriyyəsi 2015-ci ilin birinci rübündə 26,7 milyon ABŞ dolları həcmində olub ki, bu göstərici ötən ilin analoji dövründən 65,8 faiz artıqdır. Bu ilin yanvar-mart aylarında Azərbaycana 16,26 milyon dollar dəyərində Belçika məhsulları idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti