...

İlham Əliyev Norveç Kralını təbrik edib

Siyasət Materials 16 May 2015 16:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Norveç Kralını təbrik edib

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Norveç Kralı V Haralda təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti