...

Rumıniya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 20 May 2015 17:19 (UTC +04:00)
Rumıniya Prezidenti Klaus İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Rumıniya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 20 may /Trend/

Rumıniya Prezidenti Klaus İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "28 May - Respublika Günü münasibətilə Sizə Rumıniya xalqı adından ən səmimi təbriklərimi və yüksək nailiyyətlər arzularımı çatdırmaqdan məmnunam.

Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq səviyyəsinə yüksələn dostluq münasibətlərimiz ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına imkan yaradılmasını təmin edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin bu kontekstdə əsaslı surətdə daha da dərinləşməsini təmin edə bilərik. Sizi Rumıniyaya səfərə dəvət etməkdən şərəf duyuram.

Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti