...

Elmar Məmmədyarov: Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir

Siyasət Materials 3 Sentyabr 2015 14:35 (UTC +04:00)
Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Elmar Məmmədyarov: Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Ermənistan Suriyadan olan erməni əsilli qaçqınları qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Mirqasiya Təşkilatının Baş direktoru Uilyam Leysi Sinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Nazir bu məsələyə Beynəlxalq Miqrasiya Təşkilatı və digər beynəlxalq qurumların ciddi diqqət yetirməsinin vacibliyini bildirib. O əlavə edib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüquqa əsasən qadağandır.

E.Məmmədyarov yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində Ermənistanın mono-etnik tərkibli dövlət kimi mövcudluğu və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barəsində məlumat verib.

Nazir münaqişənin həlli üzrə danışıqlar prosesində azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtması məsələlərinin müzakirə mövzusu olduğunu qeyd edərək, onların mütləq şəkildə öz ata-baba yurdlarına qayıdacaqlarını vurğulayıb. Bu xüsusda, Dünya Bankı və digər qurumlarla məsləhətləşmələrin aparıldığını qeyd edib.

Elmar Məmmədyarov müstəqilliyinin ilk illərində əlverişli coğrafi mövqeyinə görə Azərbaycanın qeyri-leqal miqrasiya üçün daha çox tranzit məntəqəsi kimi maraq kəsb etdiyi halda, əldə etdiyi iqtisadi və sosial inkişaf nəticəsində Azərbaycanın indi potensial qeyri-leqal miqrasiya üçün cəlbedici ölkə olduğunu qeyd edib. Nazir əvvəlcədən həyata keçirilən planlı miqrasiya siyasəti və bu sahədə aparılmış institusional islahatlar nəticəsində Azərbaycanda miqrasiya məsələlərinin qanun çərçivəsində effektiv şəkildə tənzimləndiyini vurğulayıb.

Müasir dünyada XİX əsrə xas formada yalnız bir etnik tərkibdən ibarət olan dövlətin qeyri-mümkün olduğunu deyən Uilyam Leysi Sinq dövlətlərin müxtəlif etnik, dini və mədəni tərkiblə hesablaşmalı olduqlarını bildirib. Bu xüsusda o, Azərbaycanın zəngin multikultiralizm və tolerantlıq ənənələrinin dünya üçün örnək olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti