Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycan və Türkiyə Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layhəsinin reallaşdırılmasını sürətləndirəcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident, həmçinin TANAP layihəsinin vacibliyini və onun reallaşdırılmasının zəruriliyini qeyd edib.
Qeyd edək ki, R.T.Ərdoğan daha əvvəl enerji layihələrinin reallaşdırılmasında Azərbaycanın Avropanı geridə qoyduğunu və TANAP layihəsini həyata keçirməyə başladığını demişdi.
Onun sözlərinə görə, Avropa "Nabucco" layihəsinin həyata keçirilməsi üçün heç nə etmədiyi bir vaxtda Azərbaycan Türkiyənin də payının olduğu TANAP layihəsinin icrasına uğurla başladı.